AZ

Kuril adaları yaxınlığında daha iki zəlzələ qeydə alınıb

Seysmoloqlar çərşənbə günü yerli vaxtla axşam saatlarında Kuril adaları yaxınlığında iki zəlzələni qeydə alıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin filialından bildirilib.

"5,1 maqnitudalı birinci zəlzələ 30 iyul tarixində yerli vaxtla saat 18:23-də (Moskva vaxtı ilə 10:23) Sakit okeanda baş verib, episentri İturup adasından 131 km cənub-şərqdə, ocağı 61 km dərinlikdə yerləşib. Təxminən 3 bal gücündə zəlzələ Şikotan adasındakı Malokurilskoye kəndində hiss edilib", - mənbə bildirib.

20 dəqiqə sonra seysmoloqlar 5 maqnitudalı ikinci zəlzələni qeydə alıblar, onun episentri Severo-Kurilsk şəhərindən (Paramuşir adası) 79 km cənub-şərqdə 47 km dərinlikdə yerləşib.

Seçilən
41
5
operativmm.az

6Mənbələr