AZ

Cari ilin ilk 6 ayında 35,5 milyon dollar dəyərində alma ixrac edilib

Bu ilin yanvar-iyun aylarında ölkədən 35,5 milyon ABŞ dolları dəyərində 50,6 min tondan çox alma ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu, 2024-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 56,2 faiz və ya 12,8 milyon dollar, həcm baxımından isə 48,2 faiz və ya 16,4 min ton çoxdur.

Cari ilin ilk altı ayında almanın ümumi ixracda xüsusi çəkisi 0,28 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 2,03 faizə bərabər olub.

Seçilən
19
vergiler.az

1Mənbələr