"Valensiya"nın keçmiş məşhur qapıçısı Santyaqo Kanyisaresin oğlu Lukas hazırda dünya futbolunun ən yaxşı qapıçısının adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, 2014-2024-cü illərdə "Real Madrid" akademiyasında yerişən 23 yaşlı qolkiper "Marca"-ya açıqlamasında belə deyib:
"Kurtuanı dünyanın ən yaxşısı hesab edirəm. O, qapıçıların Messisidir. Tibonun məşqdə və matçlarda etdikləri normal deyil, sadəcə dəlilikdir. Biz futbol tarixinin ən yaxşı qapıçısını izləməkdəyik".
Xatırladaq ki, Tibo Kurtua ötən mövsüm “Real Madrid”in heyətində İspaniya çempionatında 30 oyun keçirib, bunun 11-də qapısını toxunulmaz saxlaya bilib.
Mirağa