İngiltərənin "Çelsi" klubu "Leyptsiq"in (Almaniya) yarımmüdafiəçisi Xavi Simonsla şəxsi müqavilə şərtlərini razılaşdırıb.
"Report" "Sports Zone"yə istinadən xəbər verir ki, 22 yaşlı niderlandlı futbolçu ilə danışıqlarda İngiltərə klubunun baş məşqçisi Entso Mareska birbaşa iştirak edib.
"Leyptsiq"in arxa xətt oyunçusunu 80 milyon avroya satmaq niyyətində olduğu bildirilib. Onun alman klubu ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
Qeyd edək ki, 2024/2025 mövsümündə X.Simons "Leyptsiq"in heyətində bütün turnirlərdə meydana çıxdığı 32 matçda 10 qola və 8 məhsuldar ötürməyə imza atıb. "Transfermarkt" futbolçunun transfer dəyərini 70 milyon avro qiymətləndirir.