AZ

İlham Əliyev sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanması və muzey ekspozisiyasının təşkili ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Ulusal.az xəbər verir ki, sərəncama əsasən, Gəncə şəhərində inşa olunan Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanması və muzey ekspozisiyasının təşkili məqsədilə 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 10,5 milyon manat vəsait ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Seçilən
27
37
veteninfo.az

10Mənbələr