BAKI. 30 iyul. TELEQRAF
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov idman və bədən tərbiyəsi naziri olan oğlu Axmat Kadırovla şahmat oynayıb.
Teleqraf xəbər verir ki, R.Kadırov yoldaşlıq görüşündən kadrı sosial şəbəkədə yerləşdirib.
O, oğluna qalib gəldiyini və revanşa hazırlaşacaqlarını bildirib.
Qeyd edək ki, Axmat Kadırov Çeçenistan rəhbərinin böyük oğludur. Bu yaxınlaradək o, "Ahmat" futbol klubunda prezident vəzifəsini tutub. İyulun ortalarında 19 yaşlı A.Kadırovu Yakub Zakriyev əvəzləyib.