Tailand hakimiyyəti Kamboca ilə sərhədə yaxın yerləşən 14 əyalətdə pilotsuz uçuş aparatların istifadəsinə qadağa qoyub.
Herbiand.az bildirir ki, bu barədə Tailand hökumətinin mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.
“Tailand Kamboca ilə sərhəddəki gərginlik fonunda 14 yüksək riskli əyalətdə dronların istifadəsini qadağan edib: Çanthaburi, Trat, Buriram, Surin, Nakhonratçasima, Praçinburi, Sakaeo, Lopburi, Sisaket, Ubonratçathani, Nakhonsavan, Çaynat, Phetçabun və Phiçit, - məlumatda deyilir.
Qeyd edilib ki, qadağanın pozulmasına görə bir ilədək həbs və ya 1235 dollar cərimə nəzərdə tutulur.
Bəxtiyar CƏFƏRLİ