AZ

ABŞ-da zavodda baş verən partlayış nəticəsində 3 nəfər itkin düşüb

ABŞ-ın Nebraska ştatının Cənubi Fremont şəhərində yerləşən "Horizon Biofuels" zavodunda baş vermiş partlayış nəticəsində 3 nəfər itkin düşüb.

Qaziler.az bildirir ki, bu barədə iyulun 30-da ABC News regional hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Fremont Yanğınsöndürmə İdarəsinin rəisinin sözlərinə görə, xilasedicilər hadisə yerinə gələndə bina “ağır tüstü və çoxlu alov içində olub”. Zavodun çökməsi səbəbindən yanğınsöndürənlər içəri daxil ola bilməyib. Partlayış zamanı binada üç nəfər olub.

Yanğınsöndürmə idarəsi binanın axtarışının təhlükəsizliyini qiymətləndirən Nebraska Ştatının Sürətli Müdaxilə Qrupundan kömək istəyib. Yanğınsöndürənlərin bir neçə gün hadisə yerində qalacağı gözlənilir.

QAZİLER.AZ

Seçilən
8
qaziler.az

1Mənbələr