AZ

Kennedi İncəsənət Mərkəzinə Trampın və arvadının adını vermək istəyirlər –Etiraz

Con Kennedinin ailə üzvləri ABŞ-ın 35-ci prezidentinin mirasının bir hissəsini silməyə çalışan Donald Tramp tərəfdarlarının təşəbbüsünə kəskin etiraz ediblər.

AzPost bildirir ki, söhbət Con Kennedi İncəsənət Mərkəzinin və onun Opera Zalının adının dəyişdirilməsi təklifindən gedir. Respublikaçılar Mərkəzə Donald Trampın, Opera teatrına Melaniya Trampın adını vermək istəyirlər.

Təklif Kennedi ailəsinin üzvləri də daxil olmaqla, qəzəb dalğasına səbəb olub. Con Kennedinin qardaşı qızı Mariya Şrayver X sosial şəbəkəsində yazıb: “Bu dəlilikdir. Əsəbdən qanım qaynayır. Bu, çox xırda, gülünc və dar düşüncədir. Bu nədir, hə? Gəlin Qızılgül bağını sökək, Kennedi Mərkəzinin adını dəyişdirək… Sonra nə olacaq?”

İdeya Missuri ştatından olan respublikaçı konqresmen Bob Onderdən gəlib.

Con Kennedinin nəvəsi Cek Şlossberq 1983-cü ildə qəbul edilmiş Kennedi Mərkəzində əlavə lövhələrin vurulmasını və ya obyektlərin adının dəyişdirilməsini qadağan edən qanunu xatırladıb.

“Qanunun birbaşa oxunuşu açıq şəkildə ifadə edir: SİZ BUNU EDƏ BİLMƏZSİNİZ” -deyə o, İnstaqramda yazıb.

Eyni zamanda, Con Kennedinin zamanında Ağ Evdə salınmış Qızılgül bağının təmiri ilə bağlı tənqidlər səslənməyə başlayıb. Tramp ailəsinin təşəbbüsü ilə yaşıl qazonun yerində beton ərazi salınıb.

Tramp bunu Fox News-a müsahibəsində təmiri belə izah edib: “Çəmənlik dikdaban geyinmiş qadınlar üçün rahat deyildi. Onlar sürüşə bilərdilər”.

Ağ Ev israr edir ki, bu, dağıntı deyil, “bərpa”dır. Lakin sosial şəbəkə istifadəçiləri beton bağçanı “həbsxana həyəti” və hətta helikopter meydançası ilə müqayisə edirlər.

1971-ci ildə Con Kennedinin xatirəsinə açılan Kennedi Mərkəzi ABŞ-ın ən ikonik mədəniyyət simvollarından biridir. Burada incəsənət üzrə mükafatlandırma mərasimləri, simfonik orkestrlərin konsertləri və ən yaxşı balet tamaşaları keçirilir.

AzPost.az

Seçilən
18
azpost.info

1Mənbələr