Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Çerniqov vilayətində Ukrayna Silahlı Qüvvələrinin strateji ehtiyatının quru qoşunlarının 169-cu təlim mərkəzinin düşərgəsinə raket zərbəsi endirməsi nəticəsində 200-ə yaxın itki verib.
Ölkə.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Hədəf kəşfiyyat pilotsuz uçan aparatının köməyi ilə aşkar edilib.
Nazirliyin məlumatında deyilir ki, əvvəlcə şəxsi heyətin və texnikanın yeri qeydə alınıb, bundan sonra düşərgəyə ardıcıl olaraq “İsgəndər” əməliyyat-taktiki kompleksinin iki raketi – kasetli və yüksək partlayıcı başlıqlarla hücum edilib.
İlkin məlumatlara görə, hücum nəticəsində Ukrayna ordusu 200-ə yaxın itki verib.
Mürtəza