"Bavariya" İngiltərənin "Liverpul" klubundan kolumbiyalı vinger Luis Diazı transfer etdiyini rəsmən açıqlayıb.
İdman.biz xəbər verir ki, 28 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Diazın keçidi "Bavariya"ya 70+5 milyon avroya başa gəlib ki, bu da Lukas Hernandes (80 milyon) və Harri Keyndən (95 milyon) sonra Münhen klubunun ən bahalı üçüncü transferdir.
2024/25 mövsümündə Diaz klub səviyyəsində 50 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib.
İdman.biz