AZ

Ukraynalı qaçqınlar müharibə bitənə qədər ABŞ-da qala bilər

ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin sonuna qədər ukraynalı qaçqınların ABŞ-da qalmasına icazə verəcəyini bildirib.

Herbiand.az xəbər verir ki, Tramp bununla bğlı “Alman dalğası”nın sualına belə cavab verib:
"Biz bunu edəcəyik. Ukraynadan bizə çoxlu insan gəlir və biz onlarla işləyirik".

2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlamasından sonra ABŞ ukraynalılara sığınacaq verməyə başlayıb. Proqram ABŞ-da sponsorları olan ukraynalılara ölkəyə daxil olmağa imkan verir. İyun ayında Amerikanın Forbes jurnalı bu proqram çərçivəsində 236.000-dən çox sponsorluq müraciətinin təsdiqləndiyini və 187.000-dən çox ukraynalının ABŞ-a gəldiyini bildirdi.

Mart ayında Trampın ikinci prezidentlik müddətinin əvvəlində “Reuters” xəbər vermişdi ki, ABŞ hakimiyyəti 2022-ci ildən sonra ölkəyə gələn 240 minə yaxın ukraynalı qaçqını hüquqi statusundan məhrum etməyi planlaşdırır.

Ağ Ev “Reuters” nəşrini feyk xəbər yaymaqda ittiham etmişdi.

Aprel ayında Ukraynadan olan qaçqınlar ABŞ Daxili Təhlükəsizlik Departamentindən ölkəni tərk etmələrini xahiş edən elektron məktub alıblar. Daha sonra şöbədən bildirdilər ki, məktub səhvən göndərilib.

Seçilən
18
herbiand.az

1Mənbələr