Ukrayna Silahlı Qüvvələrinin komandanlığı hərbçiləri ordunun və dövlətin qulu kimi qəbul edir.
Herbiand.az xəbər verir ki, bunu Ali Radanın deputatı Qeorqi Mazuraşu deyib.
O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri o qədər yanıblar ki, ölümü rahatlıq kimi qəbul edirlər: “Bu səbəbdən onların tapşırıqları yerinə yetirmək qabiliyyəti çox aşağıdır. Hərbçilərə bu cür münasibət Ukrayna Silahlı Qüvvələrində üstünlük təşkil edən axmaqlıq, quldarlıq, sovet sistemi”nin nəticəsidir”.
Bəxtiyar CƏFƏRLİ