AZ

Astarada xüsusi isitmə sistemi olan tarixi hamam

ASTARA, 30 iyul. TELEQRAF

Astaranın Pensər kəndində yerləşən və 19-cu əsrdə inşa edilən tarixi Məşədi Abu-Talıb hamamı bu gün də qorunub saxlanılır.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, hamam Məşədi Abu-Talıb tərəfindən tikilib. Tikinti işlərində onun özü ilə yanaşı, xaricdən dəvət olunmuş memar və ustalar da iştirak ediblər. 10 günbəzdən ibarət olan hamam özünəməxsus xüsusi isitmə sistemi ilə seçilib. Belə ki, bu sistem vasitəsilə hətta yaş odunlar belə asanlıqla yanaraq hamamın isidilməsini təmin edib.

Ötən əsrin 90-cı illərinə qədər Pensər kənd sakinləri bu hamamdan müntəzəm şəkildə istifadə ediblər. Həftənin tək günləri qadınlara, cüt günləri isə kişilərə xidmət göstərilib.

Kəndə qaz xətləri çəkildikdən sonra hamamın ənənəvi isitmə sistemini dəyişmək cəhdləri nəticə verməyib və bu səbəbdən hamam fəaliyyətini dayandırıb.

Yerli əhəmiyyətli memarlıq abidəsi hesab olunan Məşədi Abu-Talıb hamamı bu gün də tarixi görünüşünü qoruyaraq saxlanılır.

Seçilən
25
teleqraf.com

1Mənbələr