AZ

Uşaqlarda gündəlik ekran vaxtı zehni inkişafıləngidir

Toronto Universitetinin Psixologiya fakültəsi tərəfindən aparılan yeni bir beynəlxalq araşdırma göstərib ki, 3–8 yaş aralığında olan uşaqlarda gündə 2 saatdan artıq ekran qarşısında vaxt keçirmək onların zehni və sosial inkişafında geriləmələrə səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, tədqiqat 6 ölkəni əhatə edib və ümumilikdə 7 min uşaq və valideynin iştirakı ilə həyata keçirilib.

Nəticələrə əsasən, ekran qarşısında çox vaxt keçirən uşaqlarda: Yaddaş və diqqət pozuntuları daha çox müşahidə olunub, dil inkişafı zəifləyib və ifadə qabiliyyəti zəifləyib, empatiya və sosial ünsiyyət bacarıqları digər uşaqlarla müqayisədə aşağı olub.

Professor Linda Marshall bildirib:

“Valideynlər bəzən ekran vaxtını uşaqların sakit durması üçün istifadə edirlər, amma bu, uzunmüddətli inkişaf üçün zərərlidir. Uşaqların beyni real ünsiyyət və hərəkətə ehtiyac duyur.”

Araşdırma həmçinin göstərib ki, gündə 1 saatı keçməyən ekran istifadəsi və məhdudlaşdırılmış, təhsil yönümlü məzmun uşaqlara zərər vermir. Əksinə, bəzi hallarda inkişafı dəstəkləyə bilər.

Nuriyyə NATİQQIZI

Seçilən
17
redaktor.az

1Mənbələr