Bu gün qadınların Çempionlar Liqasının I təsnifat mərhələsində "Neftçi" ilk oyununu keçiricək.
Offsideplus.az xəbər verir ki, IV qrupda mübarizə aparacaq "ağ-qaralar" iyulun 30-u Bakı vaxtı ilə saat 20:00-da Türkiyənin "Fomget" komandası ilə qarşılaşacaq.
Siyasət Əsgərovun komandası bu mərhələdə rəqibini məğlub edərsə, 2 avqust saat 20:00-da "Kiryat Qat" ilə üz-üzə gələcək.
Qeyd edək ki, oyunlar Albaniyanın Tirana şəhərində keçirilir.