AZ

Türkiyənin ən yaşlı qadını 131 yaşında vəfat etdi

Türkiyənin Şanlıurfa bölgəsinin Viranşəhir rayonundan 35 kilometr uzaqlıqda yerləşən kənd Binekli məhəlləsində yaşayan və Türkiyənin ən yaşlı qadını kimi tanınan Hodi Gürkan dünən dünyasını dəyişib.

Sherg.az xəbər verir ki, əhali qeydiyyatına əsasən 1 iyul 1894-cü il təvəllüdlü olan Gürkan, 131 yaşında idi.

Ümumilikdə 7 övladı, 110 nəvəsi və çox sayda kötücəsi olan Gürkan Binekli məhəlləsi qəbiristanlığında dəfn olunub.
Seçilən
24
50
sherg.az

10Mənbələr