"Qalatasaray" müdafiənin sağ cinahına yeni oyunçu axtarır.
Offsideplus.az xəbər verir ki, "Fiorentina"nın futbolçusu Dodo "sarı-qırmızılar"a önərilib.
Bu barədə "Ajansspor" portalı məlumat yayıb.
Dodo 2022-ci ildən "Fiorentina"da çıxış edir. O, "Şaxtyor"dan Florensiya klubuna transfer olub.
26 yaşlı braziliyalı burada 114 oyunda 1 qol vurub və 10 məhsuldar ötürmə edib.