AZ

Zehni rahatlatmaq üçün qısa fasilə fikirləri

Müasir həyat tərzində gün ərzində sürətlə qərar vermək və düşünmək zəruri olur...

Bu isə zehni yorğunluğa səbəb ola bilər. Beyni yenidən tarazlamaq üçün gün ərzində kiçik fasilələrə ehtiyac duyulur.

Pravda.az gündəlik həyatınızda tətbiq edə biləcəyiniz bir neçə sadə üsulları təqdim edir:

Dərin nəfəs alın

Dərin nəfəs almaq sinir sisteminə “hər şey qaydasındadır” mesajı verir. Bir neçə dəqiqəlik nəfəs məşqləri stressi azaldır, fikri toparlayır və diqqəti artırır.

Qısa gəzinti edin

10 dəqiqəlik piyada gəzinti belə zehni rahatlaşdırır. Parka getmək mümkün deyilsə, yaxın ərazidə gəzmək də effektlidir.

Sevdiyiniz musiqiyə qulaq asın

Ən çox sevdiyiniz mahnını dinləmək stressi azaldır, beyindəki mükafat sistemini aktivləşdirir və günə daha pozitiv davam etməyə kömək edir.

Fikirlərinizi kağıza yazın

Zehni qarışıqlıq hiss etdikdə düşüncələrinizi senzurasız şəkildə yazmaq beyninizdəki yükü azalda bilər.

Yazmaq çətindirsə, qaralayın

Sözlərlə ifadə etmək çətindirsə, sərbəst qaralama və ya şəkil çəkmək də yaradıcılığı artırır və zehni sakitləşdirir.

Poliqon.info

Seçilən
9
1
poliqon.info

2Mənbələr