ABŞ prezidenti Donald Tramp müharibədən qaçan ukraynalıların döyüşlər bitənə qədər ABŞ-da qalmasına icazə verilə biləcəyini bildirib.
Ulusal.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Jurnalistlərdən biri Trampdan ABŞ-dakı ukraynalıların Rusiya müharibəsinin sonuna qədər ölkədə qalmasına icazə verib-verməyəcəyini soruşub. ABŞ prezidenti bu suala müsbət cavab verib:
“Mən belə hesab edirəm ki, onlar qalmalıdırlar. Ukraynadan bizə gələn çoxlu insan var və biz onlarla işləyirik”.