AZ

Bu il sənaye zonalarında bir neçə müəssisənin fəaliyyətə başlaması planlaşdırılır – Elçin Kazımov (MÜSAHİBƏ)

Bakı. Trend:

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) ən böyükhədəflərindən biri Azərbaycanı idxalçı ölkədən ixracatçı ölkəyəçevirməkdir. Bu sahədə də böyük uğurlar əldə edilib. Sənayeparklarında fəaliyyət göstərən müəssisələrin təqribən 50 faizdənçoxu məhsul ixracı ilə məşğul olur. Təxminən 100 çeşiddən çoxməhsul xarici bazara satılır.

Bu sözləri Trend-ə müsahibəsində İqtisadiyyat Nazirliyi yanındaİqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) mətbuat katibiElçin Kazımov bildirib.

O, müsahibəsində Azərbaycanda mövcud 13 sənaye zonasında indiyədəkəldə edilən uğurlar, qarşıya qoyulan hədəflər, yerli və xariciinvestorlar üçün mümkün xüsusi güzəştlərin tətbiqi imkanları, eləcədə agentliyin Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyətistiqamətinin şaxələndirilməsi ilə bağlı suallarıcavablandırıb.

Qurum sözçüsü əvvəlcə agentliyin tabeliyində olan sənayezonalarında görülən işlərdən və orta müddətli dövr üçün hədəflərdəndanışıb. O bildirib ki, son dövrlərdə Azərbaycanda sənayeləşməsiyasətinə uyğun olaraq sənaye zonalarının yaradılmasıistiqamətində işlər uğurla davam etdirilir: “Sənaye zonalarıölkəmizdə sahibkarların investisiya yatırmaları baxımından ənəlverişli investisiya məkanıdır. Dövlət tərəfindən sahibkarlar üçünbir çox stimullaşdırıcı tədbirlər həyata keçirilir. HazırdaAzərbaycanda 13 sənaye zonası fəaliyyət göstərir. Bunlardan 9-usənaye parkı (Sumqayıt Kimya, Qaradağ, Mingəçevir, Pirallahı,Balaxanı, Hacıqabul, Naxçıvan, Ağdam və “Araz Vadisi İqtisadiZonası” sənaye parkları) 4-ü isə sənaye məhəlləsi (Masallı,Neftçala, Sabirabad, Şərur sənaye məhəllələri) statusundadır.

13 sənaye zonasından 11-nin (Balaxanı Sənaye Parkı və ŞərurSənaye Məhəlləsi istisna olmaqla) idarəçiliyi İqtisadi Zonalarınİnkişafı Agentliyi tərəfindən həyata keçirilir. Sənaye zonalarıyaradıldığı müddətdən etibarən qeyri-neft sənayesinin inkişafetdirilməsinə, iqtisadiyyatın diversifikasiyasınınsürətləndirilməsinə müsbət təsir göstərməyə başlayıb. Bu uğurlunəticələri yeni növ məhsulların istehsalına başlanılmasında, yeniiş yerlərinin yaradılmasında, ölkənin ixrac imkanlarınıngenişləndirilməsində görə bilərik”.


E. Kazımov vurğulayıb ki, artıq Azərbaycanın sənaye məhsullarınındünyanın 70-dən çox ölkəsində “Made in Azerbaijan” brendi adıaltında satışı həyata keçirilir: “İxrac ölkələrimizin sayında həril artım müşahidə edilir. Məsələn, ötən il sənaye zonalarındaistehsal edilən məhsulların ilk dəfə olaraq Cənubi Afrika, Yəmən,Argentina və s. ölkələrə ixracına başlanıldı. Həmçinin 2024-cü ildəsənaye zonalarında istehsal edilən yeni növdə məhsulların da ilkdəfə ixracı həyata keçirilib. Misal üçün qeyd edim ki, Azərbaycanilk dəfə olaraq ötən il elektrod, divar kağızlarının, müxtəlif növayaqqabıların və s. məhsulların ixracına başladı. Belə ki, əvvəllərölkəmizdə bu növ məhsullara olan tələbat idxal hesabınaödənilirdisə, artıq sənaye zonalarımızda istehsal hesabınaAzərbaycan bu məhsulların ixracatçısına çevrilib. Bu da ölkəmizdənvalyuta çıxmasının qarşısını almağa, ixrac imkanlarımızıngenişləndirməsinə təkan verir”.

Gəncə ətrafı bölgədə yeni sənaye parkının yaradılmasınəzərdə tutulur

E. Kazımov bəzi statistik göstəriciləri diqqətə çatdırıb: “Sənayezonalarında ilk məhsul istehsalına 2015-ci ilin sonlarındanSumqayıt Kimya Sənaye Parkında başlanılıb. 2015-ci ildən 2025-ciilin I yarısı daxil olmaqla sənaye zonalarında 17,2 milyardmanatlıq məhsul satışı həyata keçirilib, bunun da 5,53 milyardmanatlıq hissəsi ixrac edilib. 2025-ci ilin I yarısı ərzində sənayezonalarında 1,83 milyard manatlıq satış həyata keçirilib, bunun datəxminən 583,5 milyon manatlıq hissəsi ixracın payına düşür. Ötənilin analoji dövü ilə müqayisədə satış 28,7%, ixrac isə 22,4%artıb. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyardmanatdan çox investisiya yatırılıb və 10 900-dən artıq daimi işyeri yaradılıb”.

“Bütün deyilənlərdən bir daha aydın olur ki, sənaye zonalarıiqtisadiyyatın şaxələndirilməsi baxımından əlverişli platformadır.Sənaye zonalarının yaradılması məsələsi dövlət başçısınınsəlahiyyətində olan məsələdir. Yaxın vaxtlarda Gəncə ətrafı bölgədəyeni bir sənaye parkının yaradılması nəzərdə tutulur”, - E. Kazımovqeyd edib.

Bu il sənaye zonalarında bir neçə müəssisəninfəaliyyətə başlaması planlaşdırılır

Agentliyin sözçüsü sənaye zonalarında hər il yeni müəssisələrinfəaliyyətə başladığını, bu müəssisələrin çoxunun açılışında dövlətbaşçısının iştirak etdiyini xüsusi vurğulayıb: “Yeni müəssisələrinaçılması yeni məhsul istehsalına, ixracına başlanılması, işyerlərinin yaradılması deməkdir. Sənaye zonalarında istehsal olunanməhsullar ilkin olaraq daxili təlabatın ödənilməsinə yönəldilir,daxili təlabat tam ödənildikdən sonra növbəti ixrac edilməsiistiqamətində işlər görülür. Qeyd edim ki, cari ildə dövlətbaşçısının iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında açılışıolmuş tikinti kimyəviləri zavodu, həmçinin Ağdam Sənaye Parkındafəaliyyətə başlamış tütün məmulatlarının istehsalı müəssisəsi artıqixrac istiqamətinə uğurlar əldə ediblər. Belə ki, tikintikimyəvilərin Özbəkistana, tütün məmulatlarının isə İraqa,Gürcüstana, Birləşmiş Ərəb Əmirliklərinə, Özbəkistana ixracı həyatakeçirilib.
Yəni qısa müddətin keçməsinə baxmayaraq fəaliyyətə başlayan yenimüəssisələr öz məhsullarını xaricə satmağa başlayıb. Həmçininişğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənayeparklarında istehsal edilən məhsulların bir neçə ölkələrə ixracıistiqamətində uğurlar əldə edilib. Sevindirici və qürurvericihaldır ki, Ağdamda istehsal edilən məhsullar artıq xarici ölkələrəsatılır”.



E. Kazımov təmsil etdiyi agentliyin ən böyük hədəflərindən birinidə açıqlayıb: “İZİA-nın ən böyük hədəflərindən biri sənayezonalarımızda sahibkarlar üçün əlverişli investisiya mühitiformalaşdırmaq, qeyri-neft sənayesinin inkişafında xüsusi çəkimiziartırmaq, əhalinin məşğulluq səviyyəsini genişləndirmək, həmçininAzərbaycanı idxalçı ölkədən ixracatçı ölkəyə çevirməkdir. Bu sahədədə böyük uğurlar əldə edilib. Sənaye parklarında fəaliyyət göstərənmüəssisələrin təqribən 50 faizdən çoxu məhsul ixracı ilə məşğulolur. Təqribən 100 çeşiddən çox məhsul xarici bazara satılır.

Bu il həmçinin sənaye zonalarında bir neçə müəssisəninfəaliyyətə başlaması planlaşdırılır. Fəaliyyətə başlayacaqmüəssisələr elektron avtomat və sayğacların, alüminium təbəqəlivərəqə güzgü, inşaat materialların və aqro-sənaye məhsullarınınqablaşdırılması üzrə karton kağız, mühərrik və sənaye yağlarınıntəkrar emalı ilə baza yağlarının, dekorativ daşların, yapışqanlentlərin və s. yeni məhsulların istehsalı ilə məşğulolacaqlar”.

Sənaye zonalarında yeni güzəştlər yaranarsa, bundan həmyerli, həm də xarici sahibkarlar bərabər şəkildə faydalanabiləcəklər

Qurumun sözçüsü sənaye zonalarında sahibkarlar üçün yaradılaninvestisiya imkanlarından yerli və xarici sahibkarların bərabərşəkildə faydalandıqlarını qeyd edib: “Məlumat üçün bildirim ki,İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənayezonalarında hazırda 15-dən çox xarici kapitallı şirkət rezidentkimi qeydiyyatdan keçib. İsveçrə, BƏƏ, Tailand, Çin, Pakistan,Türkiyə, Bolqarıstan, Litva, Özbəkistan, Rusiya, İran və s.ölkələrdən olan şirkətlər tərəfindən sənaye zonalarında tikintikimyəvi vasitələrinin, keramik plitələrin, mühərrik və sənayeyağlarının təkrar emalı ilə baza yağlarının, kalium sulfatın(gübrə), elektrik avtomat və sayğaclarının, dəri və dəriməmulatlarının, tava və qazan məhsullarının, bioloji aktiv qidaəlavələrinin və dərman vasitələrinin, avtomobil və s. məhsullarınistehsalı sahələri üzrə ixtisaslaşıblar.

Hələ ki yeni güzəştlərin yaradılması istiqamətinə konkret birməsələ müəyyən edilməyib. Amma yeni güzəştlər yaranarsa, bundanyerli sahibkarlarla yanaşı, xarici sahibkarlar da bərabər şəkildəfaydalana biləcəklər”.

Yaxın vaxtlarda Naxçıvan Sənaye Parkındainfrastruktur işlərinin görülməsinə başlanılacaq

E. Kazımov yeni yaradılmış Naxçıvan Sənaye Parkı üzrə görüləcəkişləri də sadalayıb: “Dövlət başçısının 2024-cü il 5 dekabr tarixliFərmanı ilə Naxçıvanda 310 hektar ərazidə Sənaye Parkı yaradılıb.İlkin mərhələdə Sənaye Parkının prioritet fəaliyyət istiqamətlərimüəyyənləşdirilib. Belə ki, Sənaye Parkında qida, kimya sənayesi,tullantıların, qara və əlvan metal emalı, tikinti materiallarının,maşın və avadanlıqların, bərpa olunan enerji, mebel, toxuculuq,geyim-gön-dəri və qablaşdırma məhsullarının, kağız və kağızməmulatlarının istehsalı nəzərdə tutulur. Yaxın vaxtlarda sənayeParkında infrastruktur işlərinin görülməsinə başlanılacaq. Həmçininsahibkarların müraciətlərinin qəbulu həyata keçiriləcək. NaxçıvanSənaye Parkının fəaliyyətə başlaması bu bölgədə yaşayan əhalininməşğulluq səviyyəsinin yüksəlməsinə, məhsul çeşidlərimizin sayınınartmasına, regionda iqtisadi inkişafın sürətlənməsinə, ən əsası isəxammal ehtiyatlarından səmərəli istifadə etməyə imkan verəcək”.



Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyətgöstərən sənaye parklarında İZİA-nın inzibati binalarının açılışıhəyata keçiriləcək

E. Kazımov Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyətgöstərən sənaye zonalarında əldə olunan nəticələr, eləcə də yaxındövr üzrə yeniliklərlə bağlı bunları qeyd edib: “Məlum olduğu kimiişğaldan azad edilmiş ərazilərimizdə iki sənaye parkı fəaliyyətgöstərir. Bunlardan biri Ağdam Sənaye Parkı, digəri Cəbrayılrayonunda yerləşən “Araz Vadisi iqtisadi Zonası” Sənaye Parkıdır.Hazırda bu iki sənaye parkında ümumilikdə 48 sahibkarlıq subyektirezident, 7 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdankeçib.
Görülən işlərə 175 milyon manatdan çox investisiya yatırılıb, 1000nəfərdən artıq daimi iş yeri yaradılıb.
Hazırda bu sözügedən sənaye zonalarında 14 müəssisə fəaliyyətgöstərir. 2024-cü ilin sentyabrın sonlarından 2025-ci ilin I yarısıdaxil olmaqla bu müəssisələr tərəfindən 476 milyon manatlıq məhsulistehsalı həyata keçirilib. Hazırda Ağdam və “Araz Vadisi iqtisadiZonası” Sənaye Parkında ümumilikdə 10-dan çox müəssisənin tikintisiistiqamətində işlər davam etdirilir, 20-dən çox müəssisədə isəlayihələndirmə işləri görülür.

Bu il bu sözügedən sənaye parklarında dekorativ daşların, tütünməmulatlarının, müxtəlif yapışqan lentlərin və s. müəssisələrinfəaliyyətə başlaması planlaşdırılır. Həmçinin bu sənaye parklarındaİZİA-nın inzibati binalarının açılışı həyata keçiriləcək ki, bumərkəzlərdə sahibkarlara bankçılıq, vergi, gömrük, sosial və s.sahələrdə dəstək tədbirləri göstəriləcək”.



“Hazırda Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarınınrezidenti olmaq istəyən sahibkarlar tərəfindən təqdim edilən (10-ayaxın layihə) layihəyə İqtisadi Zonaların İnkişafı Agentliyindəbaxılır, yaxın vaxtlarda bu sənaye zonalarında rezident vəqeyri-rezident sayında artımın olmasına şahid olacağıq.

Ağdam Sənaye Parkı rezidentlərin sayına görə Sumqayıt KimyaSənaye Parkından sonra ikinci böyük park hesab edilir. Sözügedənsənaye parkının 70 faizdən çox hissəsi, “Araz Vadisi İqtisadiZonası” Sənaye Parkının isə 30 faizdən çoxu sahibkarlarınistifadəsinə verilib”, - deyə E. Kazımov fikirləriniyekunlaşdırıb.

Seçilən
35
1
az.trend.az

2Mənbələr