Dünya bazarında "Azeri Light" markalı neftin son satış qiyməti bəlli olub.
Operativ Media birjalara istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,18 ABŞ dolları, yaxud 1,68 % artaraq 71,51 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 71,48 ABŞ dolları təşkil edib.