AZ

Blatter də tənqid etdi

Yozef Blatter FİFA-nın idarəçiliyindən danışıb. FİFA-nın sabiq prezidenti təşkilatın hazırkı rəhbərliyini və son illərdə seçdiyi yolu tənqid edib.

"Football-plus.az" xəbər verir ki, 89 yaşlı isveçrəli sabiq funksioner hazırda rəsmi oyunların sayının həddən artıq çox olduğunu vurğulayıb:
“Biz futbolu Səudiyyə Ərəbistanına uduzduq. Onlara oyun təklif etdilər və istədiklərini aldılar. Təəccüblüdü ki, FİFA-nın özündə də buna müqavimət yoxdu. Matçlar həddindən artıq çoxdu. Eyni futbolçular və klublar kifayət qədər istirahət etmədən oynayır və əziyyət çəkirlər. Klublararası dünya çempionatını müşayiət edən həddən artıq isti havada oyun oynamaq qeyri-sağlam və qəbulolunmazdı”.
Seçilən
17
football-plus.az

1Mənbələr