Vətəninfo.az xəbər verir ki, İranda əfqan qaçqınlara qarşı təzyiqlər və kütləvi deportasiyalar artmaqdadır. Dünən ABŞ-nin NPR radiosu bildirib ki, İran hökuməti son aylarda əfqanları “İsrail casusları” kimi ittiham edərək onların bank, yaşayış və iş hüquqlarını məhdudlaşdırır və onları zorla ölkədən çıxarır.
Tehranda yaşayan əfqan qaçqınlar son həftələrdə onlara qarşı münasibətin kəskin dəyişdiyini vurğulayaraq, “İran hakimiyyəti bizi düşmən kimi görür, casus adlandırır”, – deyə, qeyd ediblər.
BMT-nin məlumatına görə, təkcə 2025-ci ildə İran və Pakistandan 1,9 milyon əfqan vətənə qaytarılıb. Onlardan 410 mini yalnız iyulun 20-dən sonra İranda deportasiya olunub. Ekspertlər İranın bu siyasətini insan hüquqları pozuntusu adlandırır və təcili şəkildə dayandırılmasını istəyirlər.