Yeni mövsümdən Birinci Liqada iddialılardan olacaq “Şəfa” heyətinə daha bir futbolçunu cəlb edib.
Sportal.az saytına verilən məlumata görə, ötən mövsümü “Qəbələ”də keçirmiş Ürfan İsmayılov 2025/2026 mövsümünü “Şəfa”da keçirəcək.
Paytaxt klubu onunla 1+1 illik müqavilə imzalayıb.
Birinci Liqada çempionluğa iddialı "Şəfa" İsmayılovla yanaşı, "Neftçi"dən ayrılan İsmayıl Zülfüqarlı ilə də müqavilə imzalayıb.
saytlarin hazirlanmasi