AZ

"YouTube"16 yaşdan kiçik uşaqlar üçün qadağan edildi

Avstraliya hökuməti, 16 yaşdan kiçik uşaqların YouTube-da hesab açmasını qadağan edib. Yeni qanunla, dekabr ayından etibarən yalnız TikTok, Instagram, Facebook, X (keçmiş Twitter) və Snapchat deyil, YouTube da bu siyahıya daxil olacaq.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, YouTube, uşaqlara "fayda və dəyər təklif etdiyini" bildirsə də, Avstraliya Baş naziri Anthony Albanese sosial medianın uşaqlar üçün zərərli olduğunu vurğulayıb. 

Qadağa, onlayn oyunlar və təhsil proqramlarını əhatə etməyəcək. Texnoloji şirkətlər yaş məhdudiyyətlərinə əməl etməsələr, 50 milyon ABŞ dolları cərimə ödəyəcək.

Qadağanın detalları çərşənbə günü parlamentə təqdim ediləcək.

Seçilən
29
manset.az

1Mənbələr