AZ

“İraq-türkman folkloru və ədəbiyyatı” – yeni nəşr

Bakı, 30 iyul, AZƏRTAC

AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə görkəmli İraq-türkman tədqiqatçısı Əta Tərzibaşının anadan olmasının 100 illiyi münasibətilə keçirilmiş “İraq-türkman folkloru və ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfransının materialları kitab şəklində nəşr olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda respublikanın müxtəlif elm və təhsil müəssisələrindən, eləcə də İraqdan və Türkiyədən olan alim və tədqiqatçıların Əta Tərzibaşının geniş elmi araşdırmalarının təhlilinə, həmçinin İraq-türkman folklorunun və ədəbiyyatının ayrı-ayrı problemlərinin işıqlandırılmasına həsr olunmuş məqalələri toplanıb.

Məqalələrdə İraq-türkman elmi-ədəbi fikrinin inkişafında müstəsna yer tutan, türkman folkloru, ədəbiyyatı, mətbuatı, mədəniyyətinə qiymətli araşdırmaları ilə töhfələr verən Əta Tərzibaşının yaradıcılığı diqqətlə təhlil edilib. Həmçinin İraq-türkman və Azərbaycan folkloru və ədəbiyyatına dair ayrı-ayrı mövzular elmi-nəzəri aspektdə tədqiq olunub.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova, tərtibçiləri isə filologiya üzrə fəlsəfə doktoru, dosent Səkinə Qaybalıyeva və filologiya üzrə fəlsəfə doktoru Elnarə Hüseynqızı-Əmirlidir.

Seçilən
3
azertag.az

1Mənbələr