Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahaşmaqda davam edib.
"Unikal" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları və ya 1,7% artaraq 71,51 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 70,33 ABŞ dollarına bərabər olub.