Superliqa komandalarından olan "Göztəpə" "Atletiko Qoyaniense"də çıxış edən 30 yaşlı braziliyalı sağ cinah müdafiəçisi Ruan Teyşeyra ilə anlaşıb.
Mia.az Türkiyə mətbuatıına istinadla xəbər verir ki, tərəflər arasında yekun detallar dəqiqləşdikdən sonra rəsmi imzalar gözlənilir.
Ruan 2024-2025 mövsümündə "Atletiko Qoyaniense"nin heyətində 16 matçda meydana çıxıb və cəmi 887 dəqiqə meydanda olub.
Fərid
MİA.AZ