AZ

Şahin Şıxlinski axtarışa verildi - Foto

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, o, Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə axtarışa verilib. Lakin diaspor rəhbəri barəsində konkret hansı maddə üzrə axtarış aparıldığı qeyd olunmayıb.

Xatırladaq ki, iyunun 1-də Şahin Şıxlinski və oğlu Mutvali Şıxlınski saxlanılmışdı. Onların saxlanılarkən zorakılığa məruz qalmaları ilə bağlı görüntülər yayılmışdı. Daha sonra hər ikisi azadlığa buraxılsa da, M.Şıxlinski yenidən saxlanılıb və məhkəmə onun barəsində 2 aylıq həbs qətimkan qərarı çıxarıb.

Seçilən
18
5
qafqazinfo.az

6Mənbələr