AZ

Bu şəhərlər beyni xilas edir

Təmiz hava, parklar və yaşıl küçələr təkcə xoş görüntü deyil, həm də beyin üçün əsl xilasdır. 

Belə fikirlə alimlər çıxış ediblər. 

“Cebheinfo.az” xəbər verir ki, bunu “Scientific Reports” jurnalında dərc edilən yeni araşdırma göstərib. Məlumata görə, şəhərdə yaşıllıq nə qədər çox olarsa, çirklənmiş havanın zərəri də bir o qədər az olar və demensiyanın inkişaf riski bir o qədər az olar.

Şimali Karolina və Harvard Universitetinin alimləri 60 yaşdan yuxarı təxminən 13 min insanın məlumatlarını təhlil ediblər. Onlar müəyyən ediblər ki, yüksək səviyyəli hava çirkliliyi Alzheimer xəstəliyi və digər demens növlərinin artması riski ilə birbaşa əlaqəlidir. 

Ancaq təəccüblü olan budur ki, yaşıl sahələrin olması bu zərəri əhəmiyyətli dərəcədə zəiflətdi.Mexanizm hələ tam açıqlanmayıb, lakin tədqiqatçılar hesab edirlər ki, ağac və bitkilər təkcə havanı təmizləmir, həm də stressi azaldır, qan təzyiqini aşağı salır və psixi sağlamlığı gücləndirir. Bütün bunlar beyin sağlamlığına təsir edən amillərdir.

Bu araşdırma şəhərlərin yaşıllaşdırılmasının lehinə başqa bir güclü arqumentdir. “Daha çox park və xiyaban olan yerdə yaşamaq daha xoş deyil, həm də qocalmaq daha təhlükəsizdir”, - alimlər vurğulayırlar.

Seçilən
25
cebheinfo.az

1Mənbələr