AZ

“Qarabağ”, doğrudanmı, “Barselona”nın eks forvardına elçi düşüb?

“Sivasspor”dan ayrıldıqdan sonra adı “Qarabağ”la hallanan Rey Manaj Azərbaycana gələsi olmayıb.

Albaniyalı forvardın Ağdam klubuna keçəcəyi iddia edilirdi.

Lakin o, Birləşmiş Ərəb Əmirliklərinə yollanıb. 28 yaşlı hücumçu “Şarjah”la 2 illik müqavilə imzalayıb.

“Qarabağ”dan redaksiyamıza daxil olan məlumata görə, Manajla bağlı yayılan xəbərlər həqiqətdən uzaqdır. Belə ki, “köhlən atlar” onu sıralarına qatmaq istəməyib.

Baxmayaraq ki, menecerlər tərəfindən xidməti onlara təklif edilən hücumçular arasında o da yer alıb. Qurban Qurbanov digər namizədləri gözdən keçirdiyindən, albanla əlaqəli heç bir təmas qurulmayıb.

Manaj “Kremoneze”, “İnter”, “Peskara”, “Piza”, “Qranada”, “Albasete”, “Barselona”, “Spetsiya” və “Uotford”da çıxış edib.

Manaj son iki mövsümdə Türkiyə Superliqasında 63 oyuna 34 qol vurub.

Albaniya millisinin forvardının “transfermarkt”dakı qiyməti 3 milyon avrodur. “Sivasspor” I Liqaya yuvarlanınca, onunla müddəti gələn ilin yayında başa çatmalı olan müqaviləni qarşılıqlı razılıq əsasında pozub.

SPORTİNFO.AZ

Seçilən
9
sportinfo.az

1Mənbələr