Türkiyənin indiyə qədər istehsal etdiyi ən yüksək dağıdıcı gücə malik aviasiya bombası olan "MK-84 GAZAP" İstanbulda keçirilən "IDEF 2025" 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş etdirilib.
Bu barədə "TRT-Haber" məlumat yayıb.
Bildirilir ki, 2000 funtluq (təxminən 907 kq) bu bomba, geniş miqyaslı hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub.