Olaylar.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının rəsmiləri 7,5 bal gücündə afterşokların ən azı bir ay davam edəcəyini proqnozlaşdırırlar.
Rusiya Fövqəladə Hallar Nazirliyi zəlzələdən sonra itkilərin olmadığını açıqlayıb.
Kamçatka Sunami Monitorinq və Məsləhət Mərkəzi Severo-Kurilsk bölgəsindəki Paramuşir və Şumşu adalarına dalğanın yaxınlaşdığını açıqlayıb. "Sunami dalğası Severo-Kurilsk liman şəhərini və Alaid adlı balıqçılıq müəssisəsini qismən su altında qoyub. İnsanlar təxliyə edilib" - bəyanatda deyilir.
Rusiyanın Kamçatka bölgəsində baş verən zəlzələdən sonra 14 ölkəyə xəbərdarlıq edilib.
Səlahiyyətlilərin təcili xəbərdarlıq etdiyi ölkələr aşağıdakılardır:
Yaponiya
Tayvan
Filippin
Çin
Havay
Quam
Tonqa
Kaliforniya
Alyaska
Oreqon
Vaşinqton
Britaniya Kolumbiyası
Meksika
Peru
Ekvador
Bundan başqa, qeyd olunub ki, Saxalin vilayətinin hakimiyyət orqanları Severo-Kurilskdə zəlzələnin nəticələrini aradan qaldırmaq üçün səfərbər olur.