Yekaterinburq şəhərindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində cinayət işi ilə əlaqədar axtarış elan edilib. Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Şıxlinski Rusiya Cinayət Məcəlləsinin maddələrinə əsasən axtarılır. Ətraflı ittiham detalları açıqlanmayıb.
Bundan öncə Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsi bildirmişdi ki, 2001, 2010 və 2011-ci illərdə baş vermiş bir sıra qətllərlə əlaqəli etnik qruplaşmanın fəaliyyəti Yekaterinburqda dayandırılıb. İstintaq çərçivəsində təqsirləndirilən şəxslərdən biri ürək çatışmazlığından vəfat edib, digərinin ölüm səbəbi araşdırılır.
Azərbaycan Baş prokurorluğu Azərbaycan əsilli şəxslərin Rusiya Federasiyasında işgəncəyə məruz qalması və qəsdən öldürülməsi faktı üzrə cinayət işi açıb.
Açıqlamada qeyd olunur ki, Cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə açılıb və istintaq qrupu yaradılıb. Beynəlxalq hüquq çərçivəsində müvafiq dövlətlərə hüquqi yardım sorğuları göndərilərək, məsul şəxslərin müəyyən olunub cəzalandırılması üçün əməkdaşlıq təmin ediləcək.
Gülnar