Rusiyanın şərqindəki Kamçatka bölgəsi yaxınlığında baş verən 8,8 bal gücündəki zəlzələ dünyada indiyə qədər baş verən ən böyük 10 zəlzələdən biri kimi qeydə alınıb.
"Cebheinfo.az" xəbər verir ki, bölgədə fövqəladə vəziyyət elan edilməsinə, ABŞ və Yaponiya kimi qonşu ölkələrdə isə sunami xəbərdarlığının verilməsinə səbəb olan 8,8 bal gücündəki Kamçatka zəlzələsi 1952-ci ildən bəri bölgədə baş verən ən böyük təbii fəlakətlərdən biri olub.