Arbitraj Ticarət Məhkəməsində Ermənistana qarşı ümumi məbləği təxminən 1.5 milyard dollar olan iddialara baxılır.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə Ermənistanın "Joxovurd" qəzeti müvafiq sorğuya hökumətdən alınan rəsmi cavaba istinadən yazıb.
Bildirilib ki, Ermənistana qarşı beş iddia mövcuddur: "Walnord Finance Limited", "Amulsar Investor Ventures LLC", "Sanitek С.a.r.l.", "Sari Haddad & Elias Doumet" və "Air Arabia". Sonuncu iş ANIF dövlət fondunun iflası və vəsaitlərin oğurlanması ilə bağlıdır.
Eyni zamanda, qəzetə məlumat verilib ki, Nazirlər Kabineti iki işdə qalib gəlib, onlardan biri "Rasia FZE" investisiya şirkətinə aiddir.