Türkiyə şənbə günündən etibarən Azərbaycandan Suriyaya təbii qaz tədarükünə başlayacaq.
Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri açıqlama verib.
Nazirin sözlərinə görə, təbii qazın Suriyaya nəqli Azərbaycandan tədarük olunan qaz hesabına həyata keçiriləcək və bu proses şənbə günü – iyulun 27-dən etibarən başlanacaq.