AZ

"Bavariya" "Liverpul"dan Luis Diasın transferini açıqlayıb

"Bavariya" rəsmi saytında "Liverpul"dan kolumbiyalı vinger Luis Diasın transferini elan edib. Tərəflər 4 illik müqavilə imzalayıb. Bu barədə “Championat.com” xəbər verir.

Daha əvvəl mətbuatda 28 yaşlı futbolçunun müqaviləsinin 75 milyon avro olacağı bildirilirdi. "Liverpul" əldə etdiyi gəliri "Nyukasl"dan Alexander Isak'ı almaq üçün istifadə edəcək.

Xatırladaq ki, Dias 2022-ci ildən "Portu"dan keçdiyi "Liverpul"da çıxış edir. Ötən mövsüm Dias bütün turnirlərdə 50 matçda iştirak edib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur.

Almaz Həsənli

Seçilən
3
oxumeni.az

1Mənbələr