O bildirib ki, sunamilərin təsiri təkcə dəniz canlıları ilə məhdudlaşmır, həm də quruda yerləşən ekosistemlərə böyük zərər verir:"Sunamilər əsasən zəlzələlər nəticəsində baş verir və bu zaman dəniz dibinin relyefi dəyişir. Bu dəyişikliklər dəniz canlılarının yaşayış mühitini pozur. Xüsusilə mərcan riflərinin yaratdığı həssas ekosistemlər ciddi şəkildə dağılır”.O, qeyd edib ki, dənizdə yaranan güclü dalğalar bir çox balıq və xırda canlıların sahilə sürüklənərək tələf olmasına səbəb olur. Həmçinin sahil zonalarında meşələr dağılır, ərazilər uzun müddət su altında qalır, bu da heyvanlar və bitki örtüyü üçün təhlükəli vəziyyət yaradır:“Sunami nəticəsində sahil ekosistemlərində ciddi dəyişikliklər baş verir. Su altında qalan ərazilər uzun müddət bərpa olunmur, bu da canlıların yaşayış mühitinin məhv olması ilə nəticələnir”.Hidroloqun fikrincə, sunaminin gətirdiyi duzlu su torpağın tərkibində şoranlaşmaya səbəb olur ki, bu da kənd təsərrüfatı üçün ciddi fəsadlar doğurur:“Duzlu suyun daxil olması ilə torpaqda geridönməz proseslər başlayır. Torpaq canlıları kütləvi şəkildə məhv olur, məhsuldarlıq azalır, bu isə son nəticədə həm ekoloji, həm də iqtisadi fəsadlara gətirib çıxarır”.
Ülkər Cəlilzadə / Metbuat.az