AZ

İran Azərbaycan və Ermənistan arasında sülh üçün tələsir - Məqsəd nədir?..

İran Bakı və İrəvanı sülh müqaviləsinin imzalanmasını sürətləndirməyə çağırıb...

Politoloq: “Tehranın nəyisə arzulaması, ya da arzulamaması onların öz problemləridir”.

İran təbii ki, Zəngəzur dəhlizinə amerkalıların nəzarət etməsini istəməz. Bu Tehran üçün ən arzuolunmaz variantdır və buna görə də İran sülh prosesinin tezliklə sonlanmasını dilə gətirir”.

Bu sözləri politoloq İlyas Hüseynov İranın Azərbaycan-Ermənistan sülhündəki yeni mövqeyini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, İran Bakı və İrəvanı sülh müqaviləsinin imzalanmasını sürətləndirməyə çağırıb. Belə ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi keçirdiyi mətbuat konfransında AzərbaycanErmənistanı sülh müqaviləsinin imzalanması prosesini sürətləndirməyə və yekunlaşdırmağa çağırıb. “Cənubi Qafqazda baş verən proseslərə regiondan kənar qüvvələrin müdaxiləsi ilə bağlı dolaşan şayiələr region ölkələri tərəfindən rədd edilib”, deyə Bəqayi vurğulayıb.

İran hansı səbəbdən AzərbaycanErmənistanı sülh müqaviləsinin imzalanması üçün tələsir?

Mövzunu Poliqon-nun əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “İranın Ermənistandakı səfiri bu cür yanaşmalardan çəkinməlidir”.

İran tərəfinin bu pozitiv açıqlaması ilə yanaşı regionun inkişafına mənfi təsir göstərən fikirlərinin də mövcud olduğunu bildirən politoloq Poliqon-a açıqlamadında qeyd edib ki, xüsusilə bu fikirlər Zəngəzur dəhlizi bağlıdır:

İranın Cənubi Qafqazda ənənəvi maraqları var. Əgər əvvəlki dövrdə, AzərbaycanErmənistan arasında davam edən münaqişə İranı razı salırdısa, bu gün İran Cənubi Qafqaz regionunda manevrlər etməyə çalışır. Çünki sülh əleyhinə çıxış edən dövlətlərin sayı çoxdur. Sülh istəyən dövlətlərin sayı da az deyil. Lakin əsas məsələ bundan ibarətdir ki, AzərbaycanErmənistan liderləri sülh istiqamətində iradəsini və qətiyyətlərini ortaya qoyur.

Hesab edirəm ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə görüş çox konstruktiv oldu. Həm sülh müqaviləsinin müzakirəsi, həm sərhəd təhlükəsizliyi və delmitasiyası, eləcə də Zəngəzur dəhlizi ilə bağlı çox səmərəli danışıqlar keçirildi. Bundan sonra İran tərəfinin mövqeyi bundan ibarətdir ki, AzərbaycanErmənistan arasında sülh müqaviləsi imzalanmalıdır, bu proses sürətləndirilməlidir.

İlyas Hüseynov: “İranın kommunikasiya xətlərinin açılması ilə bağlı mövqeyi dəyişməlidir”.

Lakin düşünmürəm ki, İran AzərbaycanErmənistan arasında sülh sazişinin imzalanmasında tam səmimi və konstruktiv mövqedın çıxış edir. Düşünürəm ki, bu istək daha çox Zəngəzur dəhlizinin ABŞ şirkətinə verilməsi ilə bağlı orraya çıxan xəbərlərdən doğur. İran təbii ki, Zəngəzur dəhlizinə amerkalıların nəzarət etməsini istəməz. Bu Tehran üçün ən arzuolunmaz variantdır və buna görə də İran sülh prosesinin tezliklə sonlanmasını dilə gətirir. Lakin bu sonlanma İranın maraqlarını təmin edəcək şərtlərdə baş verməlidir. Ona gprə də Tehranın nəyisə arzulaması, ya da arzulamaması onların öz problemləridir. Hesab edirəm ki, sülh sazişi Azərbaycanın maraqları tam təmin olunduqdan sonra bağlana bilər və bu belə də olacaq.

Lakin İran tərəfinin bu pozitiv açıqlaması ilə yanaşı regionun inkişafına mənfi təsir göstərən fikirləri də mövcuddur. Xüsusilə də, bu fikirlər Zəngəzur dəhlizi kontekstində mövcuddur. Zəngəzur və ilə bağlı zaman-zaman eyni tezislər səslənir. Burada xüsusi ilə Ermənistanda İranın səfiri Mehdi Sübhani qırmızı cizgilər və geosiyasi dəyişikliklərin yolverilməzliyi haqqında danışır.

Hesab edirəm ki, İranın Ermənistandakı səfiri bu cür yanaşmalardan çəkinməlidir. Çünki Zəngəzur dəhlizi böyük coğrafiyada əməkdaşlığa və iqtisadi yüksəlişə töhvə verir. Sülh müqaviləsinin imzalanması Zəngəzur dəhlizinin açılmasını şərtləndirəcək. Sülh müqaviləsini kommunikasiya xətlərindən kənarda təsəvvür etmək yanlışdır.

Bu baxımdan hesab edirəm ki, İranın kommunikasiya xətlərinin açılması ilə bağlı mövqeyi dəyişməlidir. Bu yanaşma dəyişdikfın sonra bölgədə geniş mənada əməkdaşlığın, o cümlədən 3+3 formatında iş birliyini daha da inkişaf etdirəcək və bu əməkdaşlıq regiona kənar güclərin təsirini azaltmaqla yanaşı, regionda sülhün təminatçısı kimi çıxış edəcək”.

Nərminə Umudlu
Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr