Sunami Kaliforniya ştatının sahillərinə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Meteoroloji Xidməti məlumat yayıb.
Sakinlərə çimərliklərdən uzaq durmaq tövsiyə olunur.
Kresent-Siti şəhərində 30 sm-dən çox hündürlükdə dalğa qeydə alınıb. Yaxın vaxtlarda yeni dalğalar gözlənilir.
Xidmətin məlumatına görə, bu ərazidə sunami riski yüksəkdir.
ABŞ-ın qərb sahillərinin qalan hissəsində də sunami xəbərdarlığı elan edilib.
Qeyd edək ki, bu gün Rusiyanın Severo-Kurilsk şəhərində 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib. 8,7 bal gücündə zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 150 kilometr aralıda yerləşib.
Zəlzələdən sonra yaranan sunami nəticəsində Saxalin vilayətindəki Severo-Kurilsk limanı və balıqçılıq müəssisəsi su altında qalıb.
Bizim.Media