AZ

Azərbaycanın Yekaterinburqdakı diasporunun rəhbəri axtarışa verilib

Bakı. Trend:

Azərbaycanın Rusiyanın Yekaterinburq şəhərindəki diasporununrəhbəri Şahin Şıxlinski Rusiyanın Daxili İşlər Nazirliyi tərəfindənaxtarışa verilib.

Trend bu barədəRusiya DİN-ə istinadən xəbər verir.

Məlumata əsasən, Şıxlinski cinayət işi üzrə axtarışdadır. Lakinonun Rusiya Cinayət Məcəlləsinin konkret hansı maddəsi üzrəaxtarışa verildiyi açıqlanmır.

Xatırladaq ki, 27 iyun səhəri Rusiya Federal TəhlükəsizlikXidməti Yekaterinburq şəhərində azərbaycanlıların evlərində reydlərkeçirib. Reydlər zamanı iki azərbaycanlı – qardaşlar Ziyəddin vəHüseyn Səfərovlar öldürülüb, bir neçə nəfər isə saxlanılıb.

Yekaterinburqda öldürülən Səfərov qardaşlarının meyitləriüzərində aparılan ekspert müayinəsi zamanı onların bədənlərindəçoxsaylı xəsarət izləri aşkar edilib. Bu məsələ ilə bağlıAzərbaycanda cinayət işi başlanıb və bunun üçün kifayət qədərhüquqi əsaslar mövcuddur.

Şahin Şıxlinski şahid qismində ifadə vermək üçün Saxalinskvilayəti üzrə İstintaq Komitəsinə aparılıb və daha sonra sərbəstburaxılıb.

Məqalədə:
Seçilən
32
3
az.trend.az

4Mənbələr