AZ

Azərbaycan dilinin qorunması milli vəzifədir – Deputat

Bakı. Trend:

Hər bir xalq üçün ana dili onun milli kimliyinin göstəricisi,mənəvi varlığının əsas dayağıdır. Bu dəyər eyni zamanda həminxalqın mədəni sərvəti sayılır. Ulu Öndər Heydər Əliyev və Prezidentİlham Əliyev hər zaman Azərbaycan dilinin inkişafı və qorunmasıməsələsinə xüsusi diqqət yetiriblər. Ulu Öndərin əsasını qoyduğudil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən ardıcılşəkildə davam etdirilir.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat qeyd edib ki, Azərbaycan dili və əlifbası müxtəlifdövrlərdə, xüsusilə tarixin çətin mərhələlərində ciddi xaricitəsirlərlə üzləşib:

“Sovetlər Birliyi dönəmində Azərbaycan dili və əlifbası ciddişəkildə sıxışdırılırdı. Xüsusən SSRİ Konstitusiyasının qəbulundansonra milli dillərin funksional imkanları məhdudlaşdırılmış,onların rəsmi dairələrdə tətbiqi məhdudlaşmışdı. Belə bir şəraitdəana dilinin təbliği və müdafiəsi cəsarət tələb edirdi. 1930-cuillərdə dil məsələsini gündəmə gətirənlərin Sibirə sürgün olunmasıbunun bariz nümunəsidir. Lakin bu çətin dövrlərdə də Ulu ÖndərHeydər Əliyev prinsipial mövqe nümayiş etdirərək Azərbaycan dilininhüquqlarını qorumaqda israrlı olub”.

A.Həsənova qeyd edib ki, Ulu Öndərin qətiyyətli səylərinəticəsində Azərbaycan dili 1978-ci il Konstitusiyasında dövlətdili statusu alıb:

“Belə ki, həmin ilin aprelin 2-də keçirilən Azərbaycan SSR AliSovetinin sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə Konstitusiyayadəyişiklik edilərək Azərbaycan dili dövlət dili kimi təsbitolunub.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra da Ulu Öndər anadilinin möhkəmləndirilməsi və geniş tətbiqi istiqamətində mühümaddımlar atıb.

1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunanKonstitusiyanın 21-ci maddəsində Azərbaycan dili yenidən dövlətdili kimi hüquqi əsas qazanıb. Bu müddətdən etibarən dilininkişafını stimullaşdırmaq və onu qloballaşmanın mənfitəsirlərindən qorumaq məqsədilə Ulu Öndərin imzaladığı fərman vəsərəncamlar bu sahədə sistemli dövlət siyasətinin əsasını qoydu.Ümummilli liderin “Azərbaycan əlifbası və Azərbaycan dili günününtəsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanınaəsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası vəAzərbaycan dili günü kimi qeyd edilir.

Ulu Öndərin müəyyən etdiyi siyasi xətt bu gün Prezident İlhamƏliyev tərəfindən uğurla davam etdirilir”.

A.Həsənova vurğulayıb ki, Prezident İlham Əliyev də dilsiyasətində ardıcıl və uzaqgörən addımlar ataraq, onun müasirdövrün çağırışlarına cavab verməsini təmin edir:

“2013-cü il 9 aprel tarixli Sərəncamla təsdiqlənmiş “Azərbaycandilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğunistifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”ana dilimizin zənginliyinin və təmizliyinin qorunmasına xidmət edənmühüm sənədlərdən biridir.

Bundan başqa, 2018-ci il 17 iyul tarixində Prezident İlhamƏliyevin imzaladığı “Azərbaycan dilinin elektron məkanda daha genişistifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında”Sərəncam, dilin müasir texnoloji platformalarda da möhkəmlənməsinəimkan yaradıb. Elə həmin il, noyabrın 1-də qəbul olunmuş“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindənistifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlərhaqqında” Fərman isə dövlət dilinin daim strateji diqqət mərkəzindəsaxlanıldığını bir daha təsdiqləyir”.

Seçilən
14
1
az.trend.az

2Mənbələr