AZ

Trampdan sunami xəbərdarlığı: Güclü olun, rəsmi məlumatları izləyin

ABŞ Prezidenti Donald Tramp Sakit okeanda baş verən güclü zəlzələ ilə əlaqədar Havay sakinləri üçün sunami xəbərdarlığının qüvvəyə minməsi ilə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, bu barədə “Truth Social” platformasında məlumat verən Tramp Alyaska, ABŞ-ın Sakit okean sahilləri və Yaponiyanın risk altında olduğunu qeyd edib.

O, xüsusilə Havay sakinləri üçün sunami xəbərdarlığının qüvvədə olduğunu vurğulayaraq insanları rəsmi məlumatları izləməyə çağırıb.

“Son məlumatlar üçün “tsunami.gov’” saytına daxil olun. Güclü olun və təhlükəsiz qalın”, – deyə Tramp bəyan edib.

Seçilən
60
publika.az

1Mənbələr