29.07.2025-ci il tarixində “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “COP-29-un Qlobal Mirasının təhlili” layihəsinin növbəti Dəyirmi masası Ekologiya və təbii sərvətlər nazirliyinin Orxus mərkəzində keçirilib.
Tədbirdə ETSN-nin, Səhiyyə, Elm və Təhsil, Kənd təsərrüfatı nazirliyinin, “Təmiz şəhər” ASC, SOCAR, Dövlət Statistika komitəsinin, Neft və Sənaye Universiteti, Fizika, Radiasiya Problemləri institutunun, QHT və media nümayəndələri iştirak etmişlər.
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri, layihənin eksperti, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov mövzu barədə təqdimatla çıxışa başladı. S.Həsənov bildirdi ki, İqlimdə baş verən kəskin dəyişikliklər artıq hər yerdə hiss olunmağa başlayıb. Bir aydan artıqdır davam edən isti havalar artıq Kür çayına təsir edərək onun suyunun azalmasına səbəb olur. Temperatur artımı, istiləşmə efekti verən qazların artımının davam etməsi neftin istifadəsinin bir gündə 100 milyon barelə çatması onu göstərir ki, atmosferdə istixana qazlarının artımı davam edəcəkdir. BMT-nin İqlim dəyişmələri barədə Çərçivə Konvensiyasının COP-29 Tərəflər konfransı Azərbaycanda Bakı şəhərində 2024-cü ilin noyabr ayının 11-dən 22-nə planlaşdırılsada 24 noyabr saat 2:40-da yekunlaşmaqla keçirilmişdir. Tərəflər konfransında iqlimdə baş verən dəyişikliklərin azaldılması üçün inkişaf etməkdə olan ölkələrə 300 milyard (əvvəl 100 mld) maddi yardım ayrılması COP-29-un çox böyük nəticəsidir. Tərəflər konfransında iqlimdə baş verən temeperatur artımının Paris iqlim sazişinə görə 2oC keçməməsi və 1,5oC həddində saxlanılması üçün tədbirlər görmək öhdəlik kimi bir çox ölkələr tərəfindən götürülmüşdür. S.Həsənov qeyd etdi ki, Qlobal iqlim dəyişmələri mövzusunda layihə çərçivəsində kitabça nəşr olunmuşdur və stolun üzərində olan qovluqda Sizlərə paylanmışdır. S.Həsənov kitabçada temperatur artımı və istixana qazlarının artım dinamikası qrafiklərində prosesin elmi izahı verilmiş və yaranan fəsadlar haqqında dünya mətbuatında, elmi dairələrdə aparılan tədqiqat işlərinin nəticələri həmin kitabçaya daxil edilmişdir. S.Həsənov təqdimatının hər slaydında, iqlim dəyişmələrinin səbəbləri, davamlılığı və ölkələrin gördüyü işlər barədə məlumatları tədbir iştirakçılarına təqdim etdi. Dünya ölkələri öhdəliklərin yerinə yetirilməsində fəaliyyət göstərə bilsələr qısa müddətdə iqlim dəyişmələrinin artmasında stabillik yarana bilər və tullantı qazları (karbon-dioksid, CO2, Metan CH4, Azot oksidləri (NO, N2O, NO2 və s) və digər qazlar azala bilər.
Tədbirin gündəliyinə uyğun olaraq söz Coğrafiya elmləri doktoru Həsən Nəbiyevə verildi. Həsən müəllif Coğrafiya institutunda aparılan tədqiqat işlərindən, iqlim dəyişmələrinin coğrafiyasında baş verən dəyişikliklər haqqında danışdı. Alim qeyd etdi ki, Xəzər dənizinin su səviyyəsinin azalması Volqa çayında suyun azalması ilə bağlıdır. Buda o səbəbdən baş verir ki, Atlantik okeanından daxil olan hava lavaları gəlib Volqa çayına çatmır. Aparılan elmi qiymətləndirmələrə görə bu proses 2052-ci ilə qədər davam edəcək və paralel olaraq Xəzər dənizinin səviyyəsidə azalacaqdır. Biz hesab edirik ki, 2052-dən başlayaraq Atlantik lavalarının Volqa çayına çatması prosesi yenidən başlayacaq və ümidvarıq ki, bu kütlələrin Volqa çayına çatması dəniz səviyyəsinin artmasına səbəb olacaqdır. Coğrafiya alimi çıxışı ilə iqlimdə baş verən dəyişikliklərlə bağlı bir çox maraqlı faktlar barədə danışdı.
ETSN-nin Beynəlxalq əlaqələr şöbəsindən Orxan Bayramov çıxış edərək tədbirin əhəmiyyətini və nazirlik tərəfindən görülən işlər barədə məlumat verdi. Belə ki, nazirlik Azərbycam dövlətinin götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq fəaliyyətini davam etdirir, yaşıllıq əraziləri salınır, qoruqlar hazırlanır və təbiətin mühafizə tədbirlərini genişləndirirlər. “Səma və Eko” İB-nin sədri İqlim dəyişmələrinin kənd təsərrüfatına təsirləri barədə çıxış edərək məlumat verdi. Belə ki, su ehtiyatlarının azalması onu tələb edir ki, daha qənaətcil suvarma sistemlərinə keçid olmalı, daha az su tələb edən bitkilər əkilməsi genuişləndirilməlidir. Artıq iqlim dəyişmələri, su ehtiyatlarına tələbatın artması kənd təsərrüfatında müasir metodların tətbiqini zəruri edir. “Ulduz” İnformasiya texnologiyaları İB-nin sədri Samir Həsənov İqlim dəyişmələri və İKT mövzusunda çıxış etdi. İqlimdə baş verən dəyişikliklər barədə əhalinin məlumatlandırılması üçün erkən xəbərdarlıq sistemlərinin tətbiqi zəruridir. Çıxışda süni intelekdən istifadənin gemişləndirilməsi istixana effekti yaradan qazların 2% artımına səbəb olmuşdur. Ona görə çıxışçı tövsiyə etdi ki, kompyuterdən və süni intelektdən lazım olduğu zaman istifadə etmək lazımdır. S.Həsənov informasiya texnologiyalarının sürətli inkişafı dövründə vacib olan məqamlarda ondan istifadəni tövsiyə etdi.
Tədbirdə “Ekoleks” İB-nin rəhbəri Sevil İsayeva çıxış edərək Aİ ölkələrində tullantıların idarə edilməsi, insanların avtomobildən az istifadə etmələri, daha çox velosipedə və piyada gəzintiyə üstünlük vermələri, tullantıların çeşidlənməsi və sair kimi problemlərin həlli barədə səfər təəssüratlarını bölüşdü.
Tədbirdə “Təmiz şəhər” ASC-nin ətraf mühit üzrə nümayəndəsi Elnur Əliyev tullantıların idarə edilməsi barədə görülən işlər və nəticələr barədə məlumat verdi.
Dəyirmi masada Neft və Sənaye Universitetinin kimya texnologiyaları kafedrasının müdiri dosent Əli Əlizadə, FHN-nin əhalinin maarifləndirilməsi şöbəsinin müdiri polkovnik leytenant Vüsalə Zahirova, KTN-dən Pərvin Məmmədova, Fizika institundan dosent Raida İbayeva, Energetika nazirliyində İctimai Şuranın sədri Şaban Nəsirov çıxış etdilər və mövzu ətrafında fikirlərini bildirdilər. Dəyirmi masada layihə çərçivəsində hazırlanmış kitabça və maarifləndirici materiallar iştirakçılara paylandı və sonra tədbir yekunlaşdı. Tədbir canlı müzakirələr şəraitində keçdi.