Ulusal.az xəbər verir ki, Çin onlayn alış-veriş platforması Temu, Avropa Komissiyasının xidmətin Rəqəmsal Xidmətlər Qanununu pozduğunu aşkar etdikdən sonra Avropa İttifaqından qlobal dövriyyəsinin 6%-nə qədər böyük məbləğdə cərimə ilə üzləşə bilər. Brüssel hesab edir ki, Aİ istifadəçilərinin saytda qeyri-qanuni və ya təhlükəli məhsullar almaq riski yüksəkdir, Bild xəbər verir.
Avropa Komissiyasının vitse-prezidenti Henna Virkkunen, “Aİ-də onlayn istehlakçı təhlükəsizliyi müzakirə edilə bilməz” dedi.
Temu ilə bağlı təhqiqat 2024-cü ilin oktyabrında başlayıb. Avropa Komissiyası təkcə məhsulların çeşidini deyil, həm də platformanın interfeysini araşdırır: bu, alıcılar üçün asılılıq yarada və onları lazımsız xərclərə apara bilər.
Temu Avropa istehlakçıların müdafiəsi təşkilatlarının da tənqidinə məruz qalıb. Onlar deyirlər ki, platforma saxta rəylər və saxta endirimlərdən tutmuş məhsulun qaytarılması ilə bağlı aydın məlumatın olmamasına qədər şübhəli təcrübələrdən istifadə edir. Alış-veriş edənləri “yalnız 2 qalıb” kimi mesajlar da aldadır.