AZ

Qədim Misir məzarında 4000 illik əl izi tapıldı

İngiltərənin Kembric şəhərində yerləşən Fitzvilyam Muzeyində, qədim Misir "ruh evi"ndə 4000 illik əl izi aşkar edilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kembric Universitetinə bağlı muzeyin tədqiqatçıları, bu payızda açılacaq sərgiyə hazırlıq zamanı, gil maketin üzərində insan əlinin izini tapıblar. "

Ruh evi" adlandırılan bu quruluş, qədim Misir dövründə, mərhumun ruhu üçün yaşayış sahəsi yaratmaq məqsədilə hazırlanan miniatür bina maketləri arasındadır.

Maketi araşdıran tədqiqatçılar, modelin ön hissəsində çörək, kahı və ya öküz başı kimi yeməklərin təklif olunacağı bir sahə olduğunu qeyd ediblər. Təxmin edilir ki, bu iz, maketi düzəldən ustaya aiddir.

Eramızdan əvvəl 2055-1650-ci illərə aid olan ruh evinin tədqiqi nəticəsində məlum olub ki, iki mərtəbəli quruluş əvvəlcə taxta çubuqlarla tikilib, sonra isə gil ilə örtülüb. Yanma prosesində taxta hissələr yandı, yalnız bişmiş gil qaldı.

Muzeyin böyük Misirşünası və sərginin kuratoru Helen Strudvik bildirib ki, əvvəlki tədqiqatlarda yaş lakda və ya tabut bəzəklərində barmaq izlərinə rast gəlinib, lakin bu dəfə tam əl izi tapılıb. Strudvikin sözlərinə görə, bu, obyekti düzəldən və sonra onu qurumağa qoyan ustanın toxunuşudur.

Seçilən
17
manset.az

1Mənbələr