ABŞ Çinlə danışıqlar fonunda Tayvanla məhdud təmaslara malikdir.
İnterpress.az xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.
Qəzetin yazdığına görə, Ağ Ev Tayvan diplomatlarının ABŞ-də planlaşdırılan səfərini ləğv edib, Tayvanın müdafiə naziri ilə Pentaqon rəhbərliyi arasında keçiriləcək görüşü təxirə salıb və Pekinə qarşı yeni ixrac məhdudiyyətlərinin qəbulunu dayandırıb.
Bu fonda Tayvan prezidentinin avqustda ABŞ-yə mümkün səfərinin ləğvi ilə bağlı ziddiyyətli bəyanatlar səslənir.
Adanın səlahiyyətliləri səfərin daxili problemlər və təbii fəlakətlər səbəbindən planlaşdırılmadığını iddia edirlər.
Bununla belə, Vaşinqton ictimai tədbirlər üçün ciddi şərtlər qoyaraq marşrutu dəyişmək cəhdindən sonra faktiki olaraq səfərin qarşısını alıb.
Analitiklər hesab edirlər ki, bu addımlar ABŞ administrasiyasının Tramp və Si Cinpin arasında mümkün payız sammiti ərəfəsində Çinlə münasibətlərdə gərginlikdən qaçmaq niyyəti ilə bağlıdır.
Xuraman Etibarlı
İnterpress.az