AZ

Britaniya Baş nazirinin Fələstinə bağlı bəyanatı Netanyahunu qəzəbləndirib

Londonun Fələstin dövlətini tanımaq planlarını elan etməsindən sonra İsrailin baş naziri Benyamin Netanyahu britaniyalı həmkarı Keir Starmeri radikal HƏMAS hərəkatının “terrorunu təşviq etməkdə” günahlandırıb.

İsrailin baş naziri X-də yazıb: “Starmer HƏMAS-ın dəhşətli terrorizmini təşviq edir və onun qurbanlarını cəzalandırır”.

Bundan əvvəl  İsrailin Xarici İşlər Nazirliyi Starmerin bəyanatını rədd edib və bunu “Həmas üçün mükafat” adlandırıb.

İyulun 29-da Starmerin ofisi İsrailin humanitar yardımın Qəzzaya çatmasına mane olmağa və anklavda hərbi əməliyyatı davam etdirərsə, Böyük Britaniyanın sentyabrda keçiriləcək BMT Baş Assambleyası ərəfəsində Fələstin dövlətini tanıyacağını bildirən bəyanat yayıb.

AzPost.az

Seçilən
4
azpost.info

1Mənbələr